Arvadı ilə mübahisə edib evini yandırdı

Rusiyanın Pskov şəhərində arvadı ilə mübahisə edən kişi evi yandırıb.

Bu barədə Lenta.ru məlumat yayıb.

Həyat yoldaşı ilə mübahisədən sonra 25 yaşlı ev sahibi evi yandırıb və dostunun evinə qonaq gedib.

Baş vermiş yanğın nəticəsində binadan 30 nəfər təxliyyə edilib.

Polis gənc ev sahibini həbs edib.

0.29515314102173