ABŞ-ın vitse-prezidenti koronavirusa qarşı peyvənd olundu

ABŞ-ın vitse-prezidenti Mayk Pens və həyat yoldaşı Karen Pens koronavirusa qarşı vaksinasiyadan keçib.

Bu barədə “NBC News” telekanalı məlumat yayıb.

“Heç nə hiss etmədim, yaxşı hazırlanıb”, - deyə M.Pens bildirib.

O qeyd edib ki, həyat yoldaşı ilə birlikdə peyvəndin təhlükəsizliyi və effektivliyini sübuta yetirmək üçün nümunə göstərdiyinə məmnundur.

0.29620504379272