Turizm sənayesi 2020-ci ilin ilk 10 ayı ərzində koronavirus və bununla bağlı məhdudiyyətlər səbəbilə 935 milyard dollar itirib.
Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb.
“Yanvar-oktyabr aylarında turizm sahəsi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 900 milyon daha az əcnəbi turist qəbul edib”, - deyə qurumdan bildirilib.
Bu, o deməkdir ki, dünya turizmi 1990-cı ilin səviyyəsinə qayıdıb.
Qurumdan bildirilib ki, proqnozlara əsasən, beynəlxalq səyahətçilərin sayı ilin yekunlarına görə 70-75 faiz azalacaq.