Braziliya prezidenti: “Peyvənd olunmayacağam”

Braziliya Prezidenti Jair Bolsonaro koronavirus infeksiyasına qarşı peyvənd olunmayacaq.

Bu barədə dövlət başçısı Band TV kanalının efirində elan edib.

“Peyvənd olunmayacağam və nöqtə. Həyatım təhlükədədir? Bu, mənim problemimdir”, - deyə o bildirib.

Siyasətçi peyvəndlərin məcburi ola bilməyəcəyini deyərək, bunun könüllü şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, Braziliya lideri COVID-19-dan qorunma vasitəsi olaraq maska ​​taxmağın effektivliyinə də inanmadığını vurğulayıb.

0.34243488311768