ABŞ Belarus barədə 12 illik sükutu pozdu

ABŞ Senatı daha əvvəllər Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olan Culiya Fişeri Minskə yeni səfir təyin edib.

Bu barədə RT xəbər yayıb.

Bildirilir ki, Fişer 2008-ci ildən bəri Belarusda ABŞ diplomatik nümayəndəliyinin ilk təmsilçisi olacaq.

Qeyd edək ki, səfir Mixail Xvostovu Vaşinqtondan geri çağıran Minskin oxşar hərəkətinə cavab olaraq 2008-ci ilin martında ABŞ öz nümayəndəsi Karen Stüartı Belarusdan geri çağırmışdı.

0.29844403266907