“Trabzonspor”un iki futbolçusu koronavirusa yoluxub

Türkiyənin “Trabzonspor” futbol klubunun iki futbolçusu koronavirusa yoluxub.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Klubdan bildirilib ki, test nəticəsində əvvəlcə bir futbolçunun nəticələri müsbət olub. Daha sonra koronavirus simptomları daşıyan başqa bir futbolçu təkrar testdən keçirilib. İlkin nəticədən fərqli olaraq bu dəfə nəticə müsbət olub.

Klub koronavirusa yoluxan futbolçuların adlarını açıqlamayıb.

0.34489107131958