Londonda COVID-19-la bağlı məhdudiyyətlər maksimal həddə qaldırılır

Londonda dekabrın 16-dan koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar maksimum səviyyədə məhdudiyyət tətbiq edilir.

Bu barədə CNBC məlumat yayıb.

Dekabrın 2-dən şəhərdə orta səviyyədə məhdudiyyətlər tətbiq edilib. Lakin bu yoluxma sayının kəskin artmasına əngəl olmayıb.

Maksimum səviyyədə məhdudiyyət o deməkdir ki, kafe və restoranlar Londonda yalnız çatdırılma xidməti edə bilər, teatr və stadionlarda azarkeşlərin iştirakı qadağan olunur.

0.33922791481018