Niderlandda koronavirusa görə 5 həftəlik lokdaun elan edildi

Niderlandda yanvarın 19-na qədər 5 həftəlik lokdaun (qapanma) elan edilib.

Bu barədə “RİA Novosti” Niderlandın Baş naziri Mark Rutteyə istinadən məlumat yayıb.

“Niderlandlılar təcridə getməyə məcburdur”, - deyə M.Rutte bildirib.

Sözügedən rejim dekabrın 15-dən qüvvəyə minir.

Ərzaq mağazaları istisna olmaqla digər mağazalar, məktəblər və universitetlər bağlanır.

0.79089593887329