Türkiyə Super Liqası: Çempion uduzdu, lider qalib gəldi

Türkiyə Super Liqasında XII tur davam edir.

Bu gün çempionatda daha üç qarşılaşma baş tutub.

Lideri “Alanyaspor” “Beşiktaş”la qarşılaşıb. İki cavabsız qola sevinən meydan sahibləri İstanbul təmsilçisini məğlub edib.

Son çempion “Başakşəhər” isə evdə uduzub. İstanbullular “Qaziantep” qarşısında aciz qalıb.

Autsayderlər qrupunda yer alan “Ərzurum BB” ilə “Gənclərbirliyi”nin duelinin taleyini bir qol həll edib. Ankara təmsilçisi səfər qələbəsinə sevinib.

Qeyd edək ki, tura dekabrın 14-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XII tur
13 dekabr

“Ərzurum BB” – “Gənclərbirliyi” – 0:1
Qol:
Yılmaz, 81

“Alanyaspor” – “Beşiktaş” – 2:1
Qollar:
Bakasetas, 26 (pen.), Binqol, 80 – Abubakar, 90 (pen.)

“Başakşəhər” – “Qaziantep” – 1:2
Qol:
Kriveli, 56 – Miralyas, 44, Demir, 74

 

0.37106108665466