Şəkil çəkdirmək istəyən qadın qohumlarının gözü qarşısında öldü

Avstraliyada Melbrun sakini şəkil çəkdirmək istəyəndə yıxılıb ölüb.

Bu barədə “The Sun” məlumat yayır.

Belə ki, 38 yaşlı qadın ailəsi ilə birlikdə Viktoriya ştatında Milli Parkında yerləşən mənzərəli Borok meydanına gedib. O, burada foto çəkdirərkən qoruyucu baryerdən sürüşərək ailənin gözü qarşısında ölüb.

Mərhumun cəsədi artıq çıxarılıb. Polis əməkdaşları hadisə yerində araşdırma aparıblar.

0.35064888000488