Uşaqlarını gözü qarşısında ərini 22 bıçaq zərbəsi ilə öldürdü - VİDEO

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib. Belə ki, qadın üç uşağının gözü qarşısında ərini qəddarcasına qətlə yetirib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Bildirilir ki, dəhşətli hadisə Muğlanın Bodrum mahalında qeydə alınıb.  37 yaşlı S.D əri 38 yaşlı Vetad D. ilə dava etdikdən sonra ona meyvə bıçağı ilə 22 zərbə endrib.

Haraya qonşular yetişib. Onlar dərhal polisə və təcili tibbi yardım xidmətinə xəbər veriblər.

Vedat D. xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını qurtarmaq mümkün olmayıb.

Qadın saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

0.3098828792572