Yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan və hökuməti məlumatlandıran “Robert Koch” institutunun açıqlamasına görə, son 24 saat ərzində Almaniyada 23 679 nəfərə koronavirus diaqnozu qoyulub.
Ölkədə ümumi xəstəlik sayı 1 242 203-ə yüksəlib.
COVID-19-dan bu günə qədər sağalmış insanların sayı 922 100 nəfər qeyd edilib.
Son 24 saat ərzində virus səbəbiylə 440 nəfərin ölümü ilə ölkədə ümumi can itkisi 20 372-yə yüksəlib.
Almaniya kansleri Angela Merkel son çıxışında yoluxma sayı ilə bağlı vəziyyətlə əlaqədər tədbirlərin sərtləşdiriləcəyini bildirib.