Rusiyada zəlzələ 18 məktəbə ziyan vurdu - FOTO

Rusiyada zəlzələ İrkutsk şəhərində 18 məktəb və bir sıra sosial qurumların binasının zərər görməsi ilə nəticələnib.

Bu barədə “RİA Novosti” şəhər administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

“18 məktəbdə kiçik çatlar qeydə alınıb, suvaq dağılıb. Bir neçə məktəbəqədər müəssisədə də çatlar var”, - deyə qeyd olunur.

Eyni ziyan bir sıra idman obyektlərində də aşkar edilib.

Bundan əlavə, zəlzələ nəticəsində “Rusiya” mədəniyyət və istirahət mərkəzi zərər görüb.

Qeyd edəl ki, 5-6 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 5:44-da başlayıb.

Məlumata görə, episentri qonşu Buryatiya Respublikasının Kabanski rayonu olan zəlzələnin mərkəzində intensivlik 7,6 bal gücündə hesablanıb.

0.33817100524902