Polşa polisi paytaxtda partlayışın qarşısını aldı

Varşavada polis bölməsi qarşısında partlayış törətməyə hazırlaşan şəxs yaxalanıb.

Bu barədə TASS Varşava polisinin nümayəndəsi Silvestr Marça istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 23 yaşlı şəxs maşını polis bölməsinin qarşısında parklamaq istəyərkən diqqət çəkib.

O, partlayış törətməyə çalışsa da, istəyinə nail olmayıb və polis tərəfindən saxlanılıb.

0.33758807182312