Bakıda 41 yaşlı qadın dəm qazından öldü

Bakıda 41 yaşlı qadın dəm qazından boğulub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dünən Biləcəri qəsəbəsində baş verib.

“1 May” küçəsində yaşayan 1979-cu il təvəllüdlü Məşuqə Vəliyeva evində dəm qazından boğularaq ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

0.33917498588562