“Youtube” ABŞ-da seçkilərin saxtalaşdırılması ilə bağlı videoların silinəcəyini açıqladı

“Youtube” videohostinq xidməti ABŞ-da seçkilərin saxtalaşdırılmasını iddia edən istənilən videonu siləcək.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Şirkət bildirib ki, artıq kifayət qədər ştat səsvermə nəticələrini tanıyıb. Buna görə də insanları yanılda biləcək informasiyalara yer verilməsinə icazə verilməyəcək.

Xatırladaq ki, ABŞ-da noyabrın 3-də prezident seçkiləri keçirilib.

0.28862500190735