Lukaşenko və oğluna Tokioya səfər etmək qadağan edildi

Belarus prezidenti Aleksandr Lukaşenko Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən sanksiya alıb.

Belarus Milli Olimpiya Komitəsinin (BMOK) də prezidenti olan Lukaşenkonun gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulub. Bu barədə BOK prezidenti Tomas Bax dünən keçirilən videokonfransdan sonra qərarı açıqlayıb.

Qərara görə, BOK BMOK-a Tokio-2020 və Qış Olimpiya Oyunları olan Pekin-2022 istisna olmaqla, bütün yarışlar üçün maliyyə ödənişini dayandırıb. Bütün bu sanksiyalar Lukaşenkonun prezident seçkilərindən sonra etiraz aksiyasında iştirak etmiş yerli idmançılara qarşı cəza tədbirləri görülməsinə görə atılıb.  

Həmçinin Aleksandr Lukaşenkonun oğlu Viktor (BMOK-un vitse-prezidenti) və Belarus Hokkey Assosiasiyasının prezidenti (BMOK-un İdarə Heyətinin üzvü) sanksiya alıb. Onlar noyabrın 12-də xəstəxanada ölən 31 yaşlı rəssam Roman Bondarenkoya hücumda şübhəli bilinir.

Onu da bildirək ki, bir qrup belaruslu idmançı BOK-dan BMOK-un fəaliyyətini dayandırmağa çağırıb.

Səbuhi Musayev

0.53487300872803