“Başakşehir” PSJ ilə oyunda meydanı tərk etdi: İrqçilik qalmaqalı - FOTO

Çempionlar Liqasının F qrupunda mübarizə aparan Türkiyənin “Başakşehir” klubu PSJ ilə qarşılaşmada meydanı tərk edib.

Bu barədə “Spor Arena” məlumat yayıb.

Qarşılaşmanın 16-cı dəqiqəsində baş məşqçi Okan Burukun köməkçisi Pier Vebo qırmızı vərəqə alıb. Bundan sonra “Başakşehir”in hücumçusu Demba Ba oyunun dördüncü hakiminin irqçilik etdiyini bildirib.

"Başakşəhər"in baş məşqçisi Okan Buruk əvvəlcə dördüncü hakimin uzaqlaşdırılmasını tələb edib. Sonra da komandasını oyundan çıxarıb, soyunub-geyinmə otağına aparıb.

Xatırladaq ki, qarşılaşmanın dördüncü hakimi rumıniyalı Sebastian Kolteskundur.  

0.32588815689087