“Qəbələ”nin potensial rəqibləri: “Benfika”, “Qalatasaray”, “Şerif”

UEFA-nın İcraiyyə Komitəsi 2020/21 mövsümü üçün Gənclər Liqasının formatını, tarixini və iştirakçıların adlarını təsdiqləyib.

Qurumun saytının məlumatına görə, olimpiya sistemi ilə təşkil olunacaq yarışda 64 komanda mübarizə aparacaq.

Turnirdə ölkəmizi Azərbaycan çempionu olan “Qəbələ”nin 19 yaşadək komandası təmsil edəcək. “Qırmızı-qaralar” Çempionlar yolunda qüvvəsini sınayacaq.

Çempionlar yolu: “Selta” (İspaniya), “Köln” (Almaniya), “Anje” (Fransa), “Çertanovo” (Rusiya), “Benfika” (Portuqaliya), “Qenk” (Belçika), “Qalatasaray” (Türkiyə), “Alkmaar” (Niderland), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Dinamo” (Xorvatiya), “Odense” (Danimarka), “Bazel” (İsveçrə), APOEL (Kipr), “Srvena Zvezda” (Serbiya), “Reyncers” (Şotlandiya), “Dinamo” (Belarus), “Hamarbü” (İsveç), “Rusenborq” (Norveç), “Kayrat” (Qazaxıstan), “Qurnyiq” (Polşa), “Qəbələ” (Azərbaycan), “Makkabi” (Hayfa, İsrail), “Ludoqorets” (Bolqarıstan), “Viitorul” (Rumıniya), “Jilina” (Slovakiya), “Olimpiya” (Sloveniya), “Dyör” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Şerif” (Moldova), “Apolloniya” (Albaniya), “Voterford” (İrlandiya).

Qeyd edək ki, turnirin ilk püşkatması yanvarın 27-də baş tutacaq. 1/32 final matçı martın 2-3-də keçiriləcək. Koronavirus pandemiyasına görə səfərlərin məhdudlaşdırılması və vaxt azlığı səbəbindən, cütün taleyinə bir matç əsasında aydınlıq gələcək.

0.29630708694458