Aİ ÜST və NATO-da islahatlara çağırış etdi

Avropa İttifaqı (Aİ) və Co Baydenin prezidentliyi dövründə ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və NATO-da islahatlar üçün səylərini bərpa etməlidir.

TASS-ın məlumatına görə, bu barədə Aİ-nin bəyanatında qeyd olunub.

Qurumdan bildirilib ki, ABŞ-la Aİ ÜST və Dünya Ticarət Təşkilatı kimi qurumların möhkəmlənməsi və islahatların aparılmasına yönəlmiş birgə səyləri artırmalıdır.

Aİ həmçinin silahların yayılmasına nəzarət məsələsində də birgə işə çağırış edib.

0.36377477645874