Dağıstanda Administrasiya rəhbərinin qardaşı yoxa çıxıb - FOTO

Dağıstan Respublikası başçısının Administrasiya rəhbəri Aleksey Həsənovun qardaşı Vitali Həsənov Mahaçqala yaxınlığında itkin düşüb.

Bu barədə 360 TV öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, dekabrın 4-də 57 yaşlı kişi bağ evindən çıxıb və bir daha onu görən olmayıb.

Qohumları hələ də onunla əlaqə qura bilmir və harada ola biləcəyi barədə heç nə bilmir. Onun itkin düşdüyünü polisə oğlu Əli Həsənov bildirib.

İtkin kişinin yanında mobil telefonları olub, lakin o, zənglərə cavab vermir.

Mənbənin versiyalarından birinə görə, Həsənov qaçırıla bilərdi.

0.36337900161743