İran üç aya neft ixracını artırmağa hazırlaşır

İranın Neft nazirliyinə ABŞ tərəfindən sanksiyalar yüngülləşdiriləcəyi təqdirdə üç ay ərzində neft hasilatını və ixracını kəskin artırmağa hazırlaşmaq tapşırılıb. 

“İnterfaks” bu barədə İran prezidenti Həsən Ruhaniyə istinadən xəbər verir. 

Mütəxəssislərin fikrincə, İran hazırda gündə 300 min barel neft ixrac edir, halbuki 2018-ci ildə bu göstərici 2.8 milyon barel səviyyəsində idi.

0.28766417503357