Restoran sahibi körpə nəvəsinə şüşə qab atan qadını masa ilə döydü – VİDEO

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində müştəri sifarişi almaq üçün Doris Kamposun sahibi olduğu restorana gedib.

“Haber Global” xəbər verir ki, sifarişinin hazır olmadığını öyrənən qadın əvvəlcə qışqırmağa başlayıb.

Daha sonra müştəri içərisində dezinfeksiya məhlulu olan şüşə qabı Kamposun qızının qucağındakı körpə nəvəsinə atıb.

Bundan qəzəblənən Kampos müştərini masa ilə döyüb.

Baş verənlər təhlükəsizlik kameralarına əks olunub.

Həmin görüntüləri təqdim edirik:

0.36261701583862