Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərinin yaxınlığında mədəndə baş verən partlayı nəticəsində 23 nəfər ölüb.
CNN-in məlumatına görə, qaz sızması nəticəsində partlayış dekabrın 4-də baş versə də qurbanlar barədə heç bir məlumat verilməmişdi.
Hadisə zamanı mədəndə 24 nəfərin olduğu bildirilirdi. Şənbə günü xilasedicilər mədəndən 23 nəfərin cəsədini çıxarıb. Bir şaxtaçı sağ qalıb.