Hazırda SOCAR-ın 2021-2030-cu illəri əhatə edən “İqlim Dəyişmələrinə Təsirin Azaldılması Üzrə Strategiyası” sənədinin hazırlanmasına başlanılıb.
Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə özünün töhfəsi olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb və SOCAR bu sahədə ölkəmizin tərəfdaş çıxdığı BMT-nin “İqlim Dəyişmələri Haqqında Çərçivə Konvensiyasının Paris İqlim Sazişi çərçivəsində ölkəmizə aid müvafiq öhdəlikləri yerinə yetirməkdədir.
Ölkə tərəfindən müəyyən olunmuş hədəflərin nail olunmasına töhfə verəcək SOCAR-ın “2020-ci ilə qədər İqlim Dəyişmələrinə Təsirin Azaldılması Üzrə Strategiyası” da mövcuddur.
Nigar Məmmədova