Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salınıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, sözügedən qərar koronavirus səbəbindən verilib.
Belə ki, XII turun dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də ertəsi gün baş tutması nəzərdə tutulan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.
Görüşlərin tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək.
Qeyd edək ki, XII turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.