Sumqayıtda avtobusda yanğın olub - FOTO

Bu gün günorta saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun mühərrik hissəsində yanğın baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası yanğının qarşısını alıb.

Xəsarət alan olmayıb.

0.36104011535645