Paris yaxınlığında məscidə hücum olub

Naməlum şəxslər Paris yaxınlığında yerləşən məscidi təhqir edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu gün səhər saatlarında Breteni məscidinə zərər vurulub”, - deyə məlumatda deyilir.

Avtomobillə məscidin qapısı sındırılıb. İçəri daxil olan şəxslərin əlində yanğınsöndürmə qurğusu olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma başladılıb.

0.3236289024353