Rusiyada onlarla avtomobilin iştirakı ilə zəncirvari qəza - VİDEO

Rusiyanın Moskva vilayətində iki mikroavtobus da daxil olmaqla onlarla minik avtomobili zəncirvari qəzaya düşüb.

“Vesti” hadisə şahidlərinə istinadən xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitələrində olan sürücü və sərnişinlərdən heç biri ciddi xəsarət almayıb.

Qəza ilə əlaqədar magistral yol tamamilə bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti iflic olub.

0.29702186584473