Goranboyda güclü yanğın: Ölən var

Goranboyda güclü yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.

Taxta materialdan inşa edilmiş yanan ev qəsəbə sakini Altay Verdiyvə məxsusdur. Dərhal hadisə yerinə FHN-in Goranboy rayonun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunib.

A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğın söndürülməsi istiqatə işlə davam edir.

Yanğının qaz sızmasından baş verdiyi bildirilib.

0.31401991844177