ABŞ-ın sanksiyalarına görə bütün pullarını evində saxlayır

ABŞ tərəfindən sanksiya siyahısına adı daxil edilmiş Honkonq administrasiyasının rəhbəri Kerri Lem bank hesablarından istifadə hüququndan məhrum olduğu üçün bütün pullarını evdə saxlamalı olduğunu açıqlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Sizin qarşınızda Honkonq xüsusi inzibati rayonunun administrasiyasının bank xidmətlərindən istifadə etmək imkanı olmayan rəhbər dayanır. Mən hər gün, hər şey üçün nağd pul istifadə edirəm”, - deyə o, bildirib.

0.3772280216217