“Everton” klubunun baş məşqçisi Karlo Ançelotti əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini bir dəqiqəlik sükutla yad edərkən göz yaşlarına hakim ola bilməyib.
“Championat” xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 10-cu turunda “Lids Yunayted” lə oyundan (0:1) əvvəl baş verib.
Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.