Bulvarda dənizdə batan gənc xilas edildi

Dənizdə batma təhlükəsi olan bir nəfər xilas edilib.

Xeber-ps.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş 2003-cü il təvəllüdlü F.Əlili dalğıclar tərəfindən xilas edilib.

Həmin görüntüləri təqdim edirik:

Bulvarda dənizdə batan gənc xilas edildi
0.071368932723999