İspaniya çempionatında 14-cü turun oyunları keçirilir.
Xeber-ps.com xəbər verir ki, lider "Barselona" səfərdə "Selta" ilə üz-üzə gəlib.
Qonaqlar 15-ci dəqiqədə Rafinyanın qolu ilə hesabı açıblar. 61-ci dəqiqədə Levandovski fərqi artırıb. Lakin 82-ci dəqiqədə katalonlar azlıqda qaldıqdan sonra 3 dəqiqəyə (84, 86) 2 top buraxaraq, qələbəni əldən veriblər - 2:2.
Bu nəticədən sonra "Barselona" 34 xalla liderliyini davam etdirir. İkinci pillədəki "Atletiko" liderdən 5 xal geri qalır. Katalonların əzəli rəqibi Madrid "Real"ı 27 xalla ilk üçlüyü qapayır, lakin kral klubunun ehtiyatda 2 oyunu var. "Selta" isə 18 xalla 11-cidir.