İsrail ordusu "Hizbullah"ın raket bölməsinin komandirini məhv etdi

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubundakı "Hizbullah" təşkilatının raket bölməsinin komandiri Əli Tavfik Dueyki məhv edib.

Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidmətinin bəyanatında deyilir.

"Dueyk 2024-cü ilin sentyabr ayından ortamənzilli raket bölməsinə komandirlik edib. O, məhv edilmiş əvvəlki komandiri əvəzləyib", - bəyanatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, Əli Tavfik 300-dən çox raketin Hayfa və İsrailin mərkəzinə doğru atılmasına cavabdehdir.

0.34543299674988