ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri təyin etdiyi Maykl Uolts hazırkı administrasiyasının Ukraynaya Rusiya ərazisinin daxilinə zərbələr endirmək üçün icazə vermək qərarını pisləyib.
Xeber-ps.com xəbər verir ki, o, bu barədə "Fox News" telekanalının efirində danışıb.
"Prezident Tramp böyük strategiyanın zəruriliyindən danışır", - Uolts qeyd edib.
Müşaviri bildirib ki, o və Prezident Tramp strateji suallar üzərində işləyəcəklər.
Uolts əlavə edib ki, Tramp seçki kampaniyasında vəd etdiyi kimi, Ukraynada sülhün bərqərar edilməsi üçün komanda toplayıb.