Rusiyada müəllim dərs dediyi şagirdin qohumları tərəfindən döyülüb - FOTO

Rusiyada tarix müəllimi dərs dediyi şagirdin qohumları tərəfindən döyülüb. Səbəbi müəllimin məktəbliyə aşağı qiymət yazması olub.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, pedaqoq həmin adamlardan qurtulmaq üçün hətta travmatik silahdan havaya bir neçə dəfə atəş açmalı olub.

Müəllimin hazırda orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi vurğulanır.

0.40938210487366