"Gürcüstan Azərbaycanla dostluq münasibətlərindən qürur duyur. Biz respublikanızla Ermənistan arasında danışıqların irəliləməsində daha fəal rol oynamalıyıq, Gürcüstan buna hazırdır. Lakin biz tərəfdaşlarla məsləhətləşmələrdən asılıyıq".
Xeber-ps.com-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
"Qonşu və dost ölkəmiz Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi əladır. Bu tədbir ölkənizin rolunun artmasına töhfə verəcək. Əlbəttə, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev əla çıxış etdi", - deyə Gürcüstanın hökumət başçısı qeyd edib.
O, konfransın mükəmməl təşkil olunduğunu vurğulayıb.
"Azərbaycandan olan dostlarımızı bu tədbir münasibətilə təbrik etmək istərdim", - deyə o əlavə edib.
Rufina Abdullayeva