Braziliyanın vitse-prezidenti: "COP29 sammiti yüksək səviyyədə təşkil olunub"

"Bakıda COP29 sammiti yüksək səviyyədə təşkil olunub və Braziliya növbəti COP30 sammitində Azərbaycanın təcrübəsindən faydalanacaq".

Bu barədə "Report"a Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin deyib.

O qeyd edib ki, COP30 sammitində COP29-da müzakirə edilən əsas məsələlər yenidən gündəmə gətiriləcək və daha da təkmilləşdiriləcək.

Vitse-prezidentin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti gələcək tədbirlər üçün nümunə olacaq.

0.10662579536438