Bakının müxtəlif yerlərində parklanma nişanlarının üstünün bağlanması sürücülərin diqqətini çəkib.
Xeber-ps.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.
Nişanların üstünün bağlanmasının səbəbini Xeber-ps.com araşdırıb.
Məlum olub ki, bu, paytaxtda keçiriləcək COP29 tədbiri ilə əlaqədardır. Belə ki, tədbir müddətində nişanların üstünün bağlı olduğu ərazilərdə hərəkətin intensivliyinin təmin edilməsi üçün parkinq xidməti fəaliyyət göstərməyəcək.
Əzizə İsmayılova