Bakının Sabunçu və Nizami rayonlarında yol-nəqliyyat hadisələri zamanı iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, Bakıxanov qəsəbəsində yolu keçən 1990-cı il təvəllüdlü Məmmədov Cəlil Səttar oğlunu avtomobil vurib.
Daha bir hadisə isə Nizami rayonu Elşən Süleymanov küçəsində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Həsənova Aysel Firdovsi qızını nəqliyyat vasitəsi vurub.
Yaralılar xəstəxənaya yerləşdirilib.