Kanadada polislə cinayətkar arasında atışma olub.
Bununla bağlı Kanadanın CBC telekanalı məlumat yayıb.
Atışma nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hadisə Toronto şəhərindən 135 kilometr aralıdakı Kavarta-Leyks şəhərciyində baş verib. Ölənin azyaşlı olduğu və yaxınlıqdan keçdiyi bildirilib.
Polislərdən biri və silahlı cinayətkar yaralanıb. İnsidentin səbəbləri məlum deyil. Cinayətkar saxlanılıb.