Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Skilling open” turnirində mübarizəni dayandırıb.
Xeber-ps.com xəbər verir ki, o, 1/4 final mərhələsində ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub etsə də, ikinci qarşılaşmada uduzub.
Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb. So isə adını yarımfinala yazdırıb.
Zaur Xudiyev