Dünya birinciliyində uğurla çıxış etmiş gənc boksçular vətənə qayıdıblar

Monteneqronun Budva şəhərində gənclər arasında keçirilmiş dünya birinciliyində yüksək nəticə əldə etmiş Azərbaycan boksçuları vətənə qayıdıblar.

"Report" xəbər verir ki, idmançıları daşıyan təyyarə saat 02:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Boksçuları hava limanında Azərbaycan Boks Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın gənc boksçuları turnirdə iki gümüş, üç bürünc medal qazanıblar.

0.12315392494202