Teymur Rəcəbov dünya reytinqində iki pillə geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların noyabr ayı üçün dünya reytinqini dərc edib.

Xeber-ps.com xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Üç pillə irəliləyən qrosmeysterimiz 2738 xalla 15-ci pillədə qərarlaşıb. İki addım geriləyən Teymur Rəcəbov (2698) 33-cü pillədə yer alıb. 8 pillə irəliləyən Rauf Məmmədov (2651) 82-ci yerdə qərarlaşıb.

Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. O, beş pillə geriləyib və 2417 xalla 39-cu yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2403) 44-cü pillədə, iki addım yüksələn Ülviyyə Fətəliyeva (2381) isə 67-ci pillədə qərarlaşıblar. Xanım Balacayeva (2362) 4 pillə irəliləyərək 79-cü olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir - 2633 xal.

0.12028217315674