Mahir Emreli: "Uğur qazanmaq üçün çox çalışacağıq"

"Komandamla fəxr edirəm".

Xeber-ps.com xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli bunu şəxsi "Instagram" səhifəsində yazıb.

"Hoffenhaym"a ötən gün uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final matçında fərqlənən 27 yaşlı hücumçu fantastik dəstəyə görə azarkeşlərə təşəkkür edib:

"Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu bizi heç yerə aparmır. Final fitinədək hər şey etdik. Uğur qazanmaq üçün çox çalışacağıq".

Qeyd edək ki, M.Emreli "Nürnberqlə "1+1" illik müqavilə imzalayıb. Forvard II Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub. Forvard IX turda "Qroyter Fyurt"a qalib gəldikləri (4:0) matçda hesabı açıb. O, "Reqensburq"u 8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.

1.2154939174652