Türkiyəli atlet Selen Durna evinin eyvanından yıxılaraq faciəli şəkildə vəfat edib.
Xeber-ps.com Sporx.com-a istinadən xəbər verir ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.
Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən il "Beşiktaş" klubunda çıxış edən idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O, 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.