"Mançester Yunayted"in müqaviləsinin müddəti başa çatmamış baş məşqçi postundan istefaya göndərdiyi Erik ten Haqa 20 milyon avro təzminat ödənəcəyi açıqlanıb.
Xeber-ps.com xəbər verir ki, niderlandlı çalışdırıcı təzminat məbləğinin hamısını tələb edib.
Xatırladaq ki, ten Haq 2022-ci ilin aprelindən "Mançester Yunayted"i çalışdırırdı. 2023-cü ildə "qırmızı şeytanlar"la İngiltərə Kubokunu qazanan mütəxəssis 2024-cü ildə İngiltərə Liqa Kubokunda qələbə sevinci yaşayıb.
Qeyd edək ki, Erik ten Haqın Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.