Zərdabda Yuxarı Şirvan kollektorunda balıq tutan zaman suya düşərək ölən şəxs epilepsiya xəstəsi olub.
APA-nın yerli bürosunun xəbərinə görə, rayon ərazisində qayıqla balıq tutmaq istəyən 1994-cü il təvəllüdlü Murad Cümşüdlü suya yıxılaraq ölüb.
Məlumata görə, M.Cümşüdlünün epilepsiya xəstəsi olub. Onun xəstəlik tutması nəticəsində suya düşdüyü bildirilir.
Zərdabda balıq tutarkən həlak olan Murad Çümşüdlü məmur övladı imiş.
"Qafqazinfo"nun məlumatına görə, o, Tərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Rayon Qaz İdarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.
Zərdabda kişi kanalda boğulub.
"Report" xəbər verir ki, rayonun Bəyimli kəndində Murad Çümşüdlü balıq tutarkən ehtiyatsızlıqdan kanala düşüb və boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.