Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkisində 43,3 milyondan çox ölkə vətəndaşı erkən səs verib.
Xeber-ps.com xəbər verir ki, bu rəqəm Florida Dövlət Universitetinin saytında dərc olunub.
Ekspertlərin hesablamalarına görə, ABŞ-də artıq 43 milyon 356 min 685 nəfər erkən səs verib. Onlardan 21,9 milyonu - şəxsən, 21,4 milyonu poçt vasitəsilə öz hüququndan istifadə edib.
Seçkilərdə erkən səs verən seçicilərin sayına görə lider ştat hazırda 5,4 milyon nəfərin artıq səs verdiyi Texasdır. Sonrakı yerləri Florida (4,6 milyon), Kaliforniya (4,2 milyon) və Corciya (2,8 milyon) ştatları tutur. 1 milyondan çox insanın erkən seçim etdiyi ştatlara Arizona, Vaşinqton, Virciniya, İllinoys, Kolorado, Miçiqan, Ohayo, Pensilvaniya, Şimali Karolina və Tennessi daxildir.